AzTV-nin əməkdaşları qəzaya düşdü - Yaralılar var+Yenilənib

aztv-nin-emekdaslari-qezaya-dusdu
Oxunma sayı: 5938

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Qəzada yaralanan AzTV-nin iki xanım əməkdaşının adı məlum olub.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki,  bunlar 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızıdır.

Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub.