AzTV yeni filmlər çəkib

aztv-yeni-filmler-cekib
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, yazıçı Mirzə İbrahimovun həyat və yaradıcılığından bəhs edən «Gələcək günün adamı» filmi ədibin qızı Sevda İbrahimovanın atasına ünvanladığı məktublar əsasında çəkilib. Filmdə ilk dəfə olaraq yazıçının «Gələcək gün» və «Güləbətin» əsərlərindən epizodlar ekranlaşdırılıb.

Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Namiq Ağayev, operatoru Mətləb Yaqubovdur.

«Ləyaqət hücrəsi» isə xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən söz açan ekran əsəridir. Filmdə ədibin əsərlərinin kino və səhnə taleyinə geniş yer ayrılıb.
Ssenari müəllifi İlham Rəhimli, rejissoru Tariyel Vəliyev, operatoru Mətləb Yaqubovdur.


FatimƏ Kərimli