ABŞ konqresmeni Xocalını anmağa çağırdı

-abs-konqresmeni-xocalini-anmaga-cagirdi-
Oxunma sayı: 668

O deyib ki, faciənin ildönümü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin artırılması zərurətini xatırladır. Stiv Koen Minsk qrupunun həmsədri olan ölkəsini münaqişənin nizamlanması ilə ciddi məşğul olmağa çağırıb.

AzərTAc-ın məlumatına görə, Stiv Koen Konqresdəki həmkarlarını Azərbaycandakı dostlarla birlikdə Xocalı faciəsini anmağa səsləyib: “1992-ci il fevralın 25-26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində erməni silahlı qüvvələri Azərbaycan mənşəli mülki vətəndaşlara qarşı ən böyük qırğın törədib. Yeddi min əhalisi olan Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib, 106-sı qadın, 83-ü uşaq olmaqla 613 nəfər qətlə yetirilib”.

Konqresmen ermənilərin qadın, uşaq və yaşlı insanlara qarşı istifadə etdiyi zorakılıq və işgəncələri “təsviredilməz” adlandırıb.