Asim Mollazadə ABŞ Konqresində çıxış edib

-asim-mollazade-abs-konqresinde-cixis-edib
Oxunma sayı: 663

“Qafqazinfo”ya Demokratik İslahatlar Partiyası Mətbuat Xidmətindən verilən məlumata görə, Asim Mollazadə Konqresdə ABŞ-Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmus ziyafətdə çıxış edib. Millət vəkili çıxışı zamanı ölkəmizin tarixi, istinad etdiyi dəyərlər, ABŞ-la müttəfiqlik və tərəfdaşlıq münasibətləri ilə bağlı ətraflı məlumat verib.

Asim Mollazadə həmçinin İllinoys ştatına səfər edib və ştatın Konqresinin spikeri Maykl Madiganla görüşüb. Spikerlə görüşdə millət vəkili Azərbaycan barədə ətraflı məlumat verib. Ona bildirib ki, ölkələrimiz arasındakı diplomatik münasibətlər qurulandan sonra keçən 20 il ərzində Azərbaycan ABŞ üçün təhlükəsizlik, enerji və bir sıra digər önəmli məsələlərdə müttəfiqə çevrilib. Asim Mollazadə yaxından tanışlıq üçün Madiganı Azərbaycana dəvət edib.

Millət vəkili İllinoys ştatının Senat və Konqresində də çıxışlar edib. Bu zaman Azərbaycanla, ölkələrimiz arasındakı münasibətlərin səviyyəsilə, Azərbaycanın inkişaf strategiyası ilə bağlı ətraflı məlumat verib. O, həmçinin Konqresin xarici əlaqələr, ticarət və iqtisadiyyat komitəsinin toplantısında da çıxış edib.