“Azərbaycan bəhanə edir”

-azerbaycan-behane-edir-
Oxunma sayı: 636

Ə. Süleymaninin sözlərinə görə, viza məsələsi hər bir ölkənin suveren hüququdur: “Hər bir ölkə özü bilər ki, hansı ölkə ilə vizanı ləğv etsin, ya etməsin. Həm İran özü bilər, həm Azərbaycan, həm Türkiyə və s. İkinci məsələ isə məncə, Azərbaycan başqa səbəblərə görə, Türkiyə ilə viza rejimini ləğv etmir. Amma bunu Türkiyəyə izah etmək üçün dolayısı ilə başa salmaq istəyir ki, İrana görə, yəni İran da viza rejiminin ləğv olunmasını istəyir ona görə Türkiyə ilə ləğv etmirik. Buna bəhanə kimi baxmaq olar. Belə fikirlər beynəlxalq hüquqa ziddir. Azərbaycan hakimiyyətinin əleyhinə olan sözdür. “Başqa ölkə istəyir etmirəm, ona görə Türkiyə ilə də etmirəm” kimi fikirlər qeyri-ciddi ifadədir. Məncə, Azərbaycanın Türkiyə ilə vizanın ləğv etməməsinin başqa səbəbləri var, İran məsələsi deyil. Azərbaycanla Türkiyə arasında o qədər əlaqələr var ki, heç İranla yoxdur. Onda niyə deməyiblər ki, İran da istəyir? Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkiləndə heç demirdilər ki, İran da istəyir ərazisində bu kəmərlər keçsin? Bu kimi söhbətlər var idi. Amma Azərbaycan buna baxmayaraq öz planı ilə layihələrini həyata keçirdi”.

Ə. Süleymani onu da əlavə edib ki, ümumilikdə İran Azərbaycan üçün vizanı birtərəfli götürsə də, Azərbaycan tərəfi İranın birtərəfli vizanı tətbiq etməsinə razı deyildi: “Mən o zaman da, İran ikitərəfli viza məsələsini qaldıranda öz dövlətimə dedim ki, Azərbaycan tərəfdən bu alınmayacaq. Bunu etməyək. Bu məsələ suveren məsələdir. Hər bir ölkə özü qərar verməlidir ki, kiminlə vizanı ləğv eləsin, kiminlə etməsin”.

Nigar Məmmədli