Bəşər Əsədin əsl soyadı üzə çıxdı

-beser-esedin-esl-soyadi-uze-cixdi
Oxunma sayı: 667

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Suriya lideri Bəşər Əsədin ləqəbinin “Vəhşi” olduğu ortaya çıxıb.

Türkiyə mətbuatında dərc olunan xəbərə görə, Suriyanın “Müsəlman Qardaşlar” hərəkatının üzvü Yəhya Bədir Misirin sabiq prezidenti Camal Əbdünnasirin 1958-ci ildə Suriyanın keçmiş lideri Hafiz Əsədlə görüşündə Əsədin Osmanlı əsgərlərini qətlə yetirdiyinə görə aldığı “Vəhş” soyadını dəyişdirməsini təklif etdiyini deyib. Bədir Hafiz Əsədin misirli həmkarının tövsiyəsini nəzərə alaraq, Suriyaya qayıtdığı zaman soyadını aslan mənasına gələn “Əsəd” kimi dəyişdirdiyini bildirib.

Hazırda İstanbul şəhərində yaşayan “Müsəlman Qardaşlar” hərəkatının üzvü müsahibəsində Bəşər Əsədin babası olan Süleyman Əlinin nüseyri olduğunu deyərək, onun Kırdaha şəhərində Osmanlı əsgərlərini qətlə yetirdiyinə görə, “Vəhş” ləqəbi aldığını qeyd edib.

“Süleyman Əlinin oğlu Hafiz Əsəd 1958-ci ildə Qahirədə Misir prezidenti ilə Camal Əbdünnasir ilə görüşür. Görüşdə Əbdünnasir Əsədə “Vəhşi” mənasına gələn “Vəhş” soyadı-ləqəbini dəyişdirməsini tövsiyə edir. Hafiz Əsəd isə prezidentin tövsiyəsini nəzərə alaraq, soyadını dəyişərək, “Əsəd” soyadını qəbul edir”, - deyə Yəhya Bədir vurğulayıb.