“Beyons olmaq istərdim”

-beyons-olmaq-isterdim
Oxunma sayı: 652

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Mişel Obama adətən cəsur geyim tərzinə üstünlük verdiyini, kameralarda görünməkdən çəkinmədiyini bildirsə də onun üçün “qırmızı xəttin” olduğunu da əlavə edib: “Çimərlik geyimində görünmək istəmərəm. Məni hovuzda oyun oynarkən görə bilməzsiniz”.
İdmanın həyatında mühüm rolu olduğunu deyən Mişel Barak Obamadan daha çox formada olduğunu deyib.
“Özünüzdən başqa kim olmaq istərdiniz” sualına isə birinci xanım “Beyons olmaq istərdim, musiqiçilərin çox əyləncələri həyatları var” cavabını verib.