“Biz necə edə bilərik ki, mən yenidən doğulduğum yerlərdə gedib gəzə bilim?” – Bakı ermənisi

-biz-nece-ede-bilerik-ki-men-yeniden-doguldugum-yerlerde-gedib-geze-bilim-baki-ermenisi-
Oxunma sayı: 861



Rusiya erməniləri birliyinin vitse-prezidenti Levon Mukanyan azərbaycanlılara sevgisindən danışıb. “Qafqazinfo”nun erməni saytlarına istinadən verdiyi xəbərə görə, Mukanyan onun çoxlu azərbaycanlı dostları olduğunu və onlarla ünsiyyət saxlamağın mümkün olduğunu bildirib: “Mən Bakıda doğulmuşam, orada böyümüşəm, amma getmək məcburiyyətində qalmışıq. Azərbaycanlıları yaxşı tanıyıram. Biz öz sinif yoldaşlarımızla hələ də dostluq edirik. Mənim hətta sosial şəbəkələrdə belə sinif yoldaşlarımla olan şəkillərim var. Orada həm azərbaycanlılar, həm də müxtəlif millətdən olanlar var. Sinfimizdə 36 nəfər, 13 millətin nümayəndəsi var idi. Heç kim heç vaxt düşünmürdü kim hansı millətdəndir. Lakin iki respublika arasında 20 ildə bəlkə də rəsmi strukturların təbliğat maşınının köməyi ilə boşluq yarandı. Biz necə edə bilərik ki, mən yenidən doğulduğum yerlərdə gedib gəzə bilim? Əgər biz səviyyəyə çata bilsək, növbəti mərhələyə də keçə bilərik. Bu isə təəssüf ki yoxdur” .

Onun sözlərinə görə, informasiya, gənclər mühitində düşmən təhrif edilmiş şəkildə göstərilir: “Rusiya cəmiyyətində düşmən kimdir? Bunlar Qafqazlılar, Orta Asiyalılardır. Lakin Rusiyaya Baltikyanıda, Qərbi Ukraynada münasibət daha pisdir. Mən hələ Avropa, Amerikanı demirəm. Heç vaxt eşitməmişəm ki, skinxedlər( gənc alt mədəniyyətlərinin nümayəndələri) məsələn, Rusiyanın maraqlarına zidd olan Radiolakasiya stansiyasının tikintisinə görə hər hansı amerikalını döysünlər”.


Səidə