“Bizim aramızda heç bir öhdəlik yoxdur”

-bizim-aramizda-hec-bir-ohdelik-yoxdur
Oxunma sayı: 841

Bu sözləri “Qafqazinfo”ya verdiyi açıqlamasında “KredAqro” BOKT-un İdarə Heyətinin sədri Eldar Cəfərov “Texnikabank” aralarında yaranan maliyyə qamaqalı haqqında mətbuatda yer alan xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqətə uyğun deyil. E. Cəfərov bu cür məlumatların dəqiqləşdirilməsinin, qarşı tərəfin mövqeyinin öyrənilməsinin, daha sonra yayılmasının zərurliyini vurğulayıb: “Kimlərəsə həqiqətə uyğun olmayan məlumatları yayıblar. Təəssüf edirik ki, bu məlumatlar yoxlanılmadan yayımlanıb. “Texnikabank” ASC ilə “KredAqro” arasında heç bir öhdəliklər yoxdur. Yəni bor sözlə burada yer alan məlumatlar fakta yox, məlumatsızlığa əsaslanır”.
Bu məlumatlıarın həqiqətə uyğun olmadığını “Texnikabank” ASC-nin mətbuat xidməti də təsdiqləyib.