“Bölgədə baş verə biləcək müharibə Ermənistanı məhv edəcək”-Rəy

-bolgede-bas-vere-bilecek-muharibe-ermenistani-mehv-edecek-rey
Oxunma sayı: 642

Bu sözləri “Qafqazinfo”ya Ankaradan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, politoloq Hasan Oktay Edvuard Nalbandyanın bu günlərdə səsləndirdiyi Türkiyənin Qarabağ məsələsində qarışmamasını şərh edərkən bildirib.

“Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza verilməsini nəzərdə turan qanunu qəbul etməsindən sonra, bir daha tərəf kimi mövqeyini ortaya qoyub. Onu da əlavə edim ki, Fransanın bu addımı Ermənistanı çətin vəziyyətdə qoyub.
Üstəlik, Türkiyə Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırıması üçün bütün təzyiqlərini gücləndirəcək. Türkiyənin Fransanın həmsədrlikdən uzaqlaşdırması ilə bağlı siyasəti öz nəticəsini verəcək və artıq verməkdədir.
Bu gün Ermənistan Azərbaycanla masaya oturmalı və münaqişənin həllində öz pozitiv mövqeyini ortaya qoymalıdır. Yoxsa, bölgədə baş verə biləcək müharibə Ermənistanı məhv edəcək”,-deyə politoloq qeyd edib.


Elnur Eltürk