Boyerin layihəsinə qarşı səlib yürüşü

-boyerin-layihesine-qarsi-selib-yurusu-
Oxunma sayı: 651

Fransa parlamentinin qəbul etdiyi qondarma “soyqırımı” inkar edənləri cəzalandırılması qanunu ətrafında müzakirələr davam edir. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, fransalı senator Natalie Goult mətbuat konfrasında türk dərnəklərini hücumlardan əl çəkməyə çağırıb. Goult deyib ki, demokratik mübahisələr görüşlərlə qazanılır.

Senator Boyerin layihəsinə qarşı səlib yürüşünə çıxacağını bildirib.

Fransa-Türkiyə parlament dostluq qrupunun sədri, iqtidar partiyası UMP-dən millət vəkili Mişel Diefenbacher də müxalifətdəki sosialist partiyasının hazırladığı qanunun seçkilərə xidmət etdiyini söyləyib.

Ölkənin sol qəzeti “Le Monde” də qanuna qarşı çıxıb. Qəzetin yazdığına görə, qanun araşdırma azadlığına zərbə vurur.