“Bu, ölkələr arasında münasibətlərə xələl gətirə bilər”- Münasibət

-bu-olkeler-arasinda-munasibetlere-xelel-getire-biler-munasibet
Oxunma sayı: 652

“Bu da ölkələr, xalqlar arasında münasibətlərə xələl gətirə bilər. Hesab edirəm ki, Fransada məntiqi mühakiməsi olan, dünyada gedən prosesləri düzgün dəyərləndirən və ölkələr, xalqlar arasındakı münasibətlərin qarşılıqlı inama, hörmətə əsaslanmasını istəyən şəxslər buna qarşı çıxmalıdırlar”.

Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan Bahar Muradova qeyd edib ki, qondarma soyqırımını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirilməsi bu ölkənin bitərəf həmsədr olmasını şübhə altına alacaq.

Bahar Muradova vurğulayıb ki, tarix tarixçilərin işidir, tarixə siyasətçi maraqlardan münasibət bildirəndə problemlər, səhvlər ortaya çıxır.

"Media forum"