Dünya çempionatının final oyununun stadionu müəyyənləşdi

-dunya-cempionatinin-final-oyununun-stadionu-mueyyenlesdi
Oxunma sayı: 653

ANS PRESS-in FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Dünya Çempionatı-2014-nin təqvimi açıqlanıb.

Qeyd edək ki, mundial 2014-cü il iyunun 12-də start götürəcək və iyulun 13-dək davam edəcək. Açılış qarşılaşması San-Paulu şəhərinin “Arena de San-Paulu” stadionunda baş tutacaq. XX dünya çempionatını ümumilikdə Braziliyanın 12 şəhəri qəbul edəcək. Bunların sırasında Portu-Aleqre, Kuritiba, Rio-de-Janeyro, San-Paulu, Belu-Orizonte, Brazilia, Salvador, Residfe, Natal, Fortaleza və Manaus şəhərləri var. Dünya çempionatında 32 ölkənin yığması iştirak edəcək.

Xatırladaq ki, Braziliya 2014-cü il mundialını keçirməklə, ikinci dəfə dünyanın ən nüfuzlu futbol turnirinə ev sahibliyi etmiş olacaq. 1950-ci ildə Braziliyada baş tutan dünya çempionatının qalibi adına Uruqvay yığma komandası layiq görülmüşdü.