“Ermənistan beynəlxalq səviyyədə təklənib” – Təhlil

-ermenistan-beynelxalq-seviyyede-teklenib-tehlil-
Oxunma sayı: 1011

Bu sözləri “Qafqazinfo”ya Qara Dəniz Texnik Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti, politoloq Coşkun Topal bu günlərdə Azərbaycan prezindenti İlham Əliyevin Ermənistanın zəifləməsi ilə bağlı verdiyi açıqlamasını şərh edərkən bildirib.

“Hazırda Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonlarının işğal altında qalması Ermənistanı beynəlxalq səviyyədə təklənməsinə səbəb olub. Bu siyasət ölkənin bütün sahələdə inkişafın qarşısını alır. Xüsusilə, Ermənistan bölgədəki bütün önəmli beynəlxalq enerji və nəqliyyət layihələri xaricindədir və bu isə Ermənistan üçün yaxşı proseslər vəd etmir”,- deyə analitik qeyd edib.

Analitik onu da əlavə etdi ki, Ermənistan nə zamana kimi, Azərbaycanın torpaqlarını işğal altında saxladıqca mövcud vəziyyət onun əleyhinə işləyəcək.

“Bu gün Ermənistana xaricdən nəzər saldıqda əhalisi azalan, kasıb və təcrid edilmiş, daxili problemləri ilə mübarizə aparan ölkə vəziyyətinə gəlib. Belə olan vəziyyətdə Ermənistan güclənən və inkişaf edən Azərbaycan qarşısında dayana bilməyəcək”,- deyə analitik bildirib.


Elnur Eltürk