“Guardian” qəzeti Türkiyənin regionda güc mərkəzi olmasından yazdı

-guardian-qezeti-turkiyenin-regionda-guc-merkezi-olmasindan-yazdi-
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, müəllif yazısında Yaxın Şərqi Avropaya bağlayan strateji bir güc olaraq Türkiyənin dövrünün başlandığını bildirib. Müəllif yazır: “Bu, Ankaranın xarici siyasətdə müstəqilliyinin elanıdır. Türkiyənin İsrail səfirini ölkədən çıxarması, diplomatik əlaqələrin minimum səviyyəyə endirməsi və Ərdoğanın rəftarının getdikcə sərtləşməsi Türkiyə-İsrail münasibətlərində müvəqqəti bir problem deyil. Bunlar Türkiyənin İsrailin üzr və təzminat tələbinə ayaq sürüməsindən artıq usandığının işarəsidir”.
Müəllif hesab edir ki, İsrailin beynəlxalq hüquqa meydan oxuması beynəlxalq forumlarda onu ciddi sınaqlarla üz-üzə qoyacaq.
Bölgədə baş verən demokratik dəyişikliklərin Türkiyəni ərəblərə yaxınlaşdıracağını qeyd edən müəllif Fələstin probleminin həlli üçün ərəb hökumətləri üzərində təzyiqləri artıracağından yazır.
Məhəmməd Əyyub məqaləsində Türkiyənin demokratik vəziyyətinə də toxunur. Müəllif hesab edir ki, ölkədə demokratiya güclənməsəydi, Türkiyə indiki mövqeyinə çata bilməzdi. “İndiki hökumət hərbi müdaxilə təhlükəsi olmadan siyasət yürüdə bilir. Bir neçə il əvvəl İsrailə qarşı sərt münasibət göstərilməsini heç düşünmək də olmazdı”, fikrilərini əsas gətirən müəllif, hal-hazırda bölgədə şahid olduqlarımız yaxın Şərqi Avropaya bağlayan strateji güc olaraq Türkiyənin dövrünün gəldiyini bildirir.
Müəllif hesab edir ki, əgər ABŞ Yaxın Şərqdəki strateji maraqlarını mühafizə etmək istəyirsə, İsrail-Fələstin məsələsinə sürətli və ədalətli bir çıxış yolu tapılmalıdır: “Vaşinqton İsrailə şərtsiz dəstək siyasətini yenidən qiymətləndirməli və tərəfsiz bir siyasət yeritməlidir.”
Məhəmməd Əyyuba görə, Amerika, Qərblə müsəlmanlar arasındakı körpü kimi Türkiyənin strateji əhəmiyyətini heçə saymamalıdır.