“Halo dayı” infarkt keçirdi

-halo-dayi-infarkt-kecirdi
Oxunma sayı: 669

ANS PRESS “İhlas” agentliyinə istinadən xəbər verir ki, hadisə aktyorun hazırda çəkildiyi “Sakarya Fırat” serialının İsparta şəhərindəki çəkilişi vaxtı baş verib. Qeyd edək ki, çəkiliş zamanı sinəsində ağrı hiss edən aktyor xəstəxanaya çatdırılıb və həkimlər onun infarkt keçirdiyini bildirib.

Xatırladaq ki, 1968-ci ildən sənət həyatına başlayan Sönmez Atasoy bir çox teatr və filmdə rol alıb. “Kurtlar Vadisi Pusu” serialındakı Halil İbrahim Kapar obrazı isə aktyora şöhrət gətirib. Bu filmdəki rolu bitən aktyor “Sakarya Fırat” serialında Mürsəl ağa obrazını canlandırır.