“Heç kim axmaq deyil, hamı bilir bu qərar kimə lazımdır”

-hec-kim-axmaq-deyil-hami-bilir-bu-qerar-kime-lazimdir
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, bunu Fransa Senatının üzvü Natali Qule Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində deyib.

N. Qulenin sözlərinə görə, Fransa Senatında getdikcə daha çox deputat “erməni soyqırımı”nın inkarına görə cəzanın tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbuluna qarşı çıxır. “Heç kim axmaq deyil. Hamı bilir bu qərar kimlərə lazımdır. Əlimizdən gələni edəcəyik ki, yanvarın 23-nə kimi qanun layihəsi Senatın gündəliyinə salınmasın. Biz Ankaranı dəstəkləyirik. Senat qanun layihəsini qəbul edərsə, biz Konstitutusiya Məhkəməsinə müraciət edə bilərik”.

Fransanın həm Türkiyənin, həm də Ermənistanın dostu olduğunu söyləyən Qule, problemlərin ancaq danışıqlar yolu ilə həlli tapacağını vurğulayıb.

Qeyd edək ki, Fransa Milli Assambleyası qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.