“Heç kim əvəzolunmaz deyil ” - “Neftçi”dən açıqlama

-hec-kim-evezolunmaz-deyil-neftciden-aciqlama
Oxunma sayı: 652

Məsələ ilə bağlı “Neftçi”nin Mətbuat və İcimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. G. Abbaszadə “Qafqazinfo”ya açıqlamasında futbolçuların yerinin boş qalmayacağını bildirdi: “Bu futbolçuların transferə çıxarılma səbəbi rəsmi saytda da açıqladığımız kimi onların son oyunlarda zəif çıxış etməsi və ÇL-ə məsuliyyətsiz yanaşmalarıdır. Bir həftəyə gedənlərin əvəzinə komandaya transfer etmək mümkün deyil. Lakin heç kim əvəzolunmaz deyil və “Neftçi”də bu futbolçuları layiqincə əvəzləyəcək oyunçular var. Siz onları “Hapoel”lə cavab oyununda görəcəksiniz. Növbəti mərhələyə çıxmağa 1 % də olsa şansımız qalır və biz sona qədər mübarizə aparacağıq. Avrokubokların növbəti mərhələsinə isə hələ 3 həftə var. O vaxta kimi yeni futbolçuların komandaya gətirilməsi istisna deyil. Lakin bu məşqçilər korpusunun qərarından asılıdır. Ola da bilər ki, heyətdəki futbolçularla kifayətlənək”.

Qeyd edək ki, “Neftçi” dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda İsrailin “Hapoel” klubuna 0:4 hesabı ilə məğlub olub.

Ceyhun Əhmədov