İqbal Ağazadə Polşanın səfiri ilə görüşüb

-iqbal-agazade-polsanin-sefiri-ile-gorusub
Oxunma sayı: 639

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəbulda ölkədəki ictimai-siyasi vəziyyət, Polşa Respublikası ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, Qarabağ probleminin həlli, ölkəmizin demokratik inkişafı, siyasi məhbus məsələsi və 2013-cü il prezident seçkiləri müzakirə olunub.

İqbal Ağazadə Ümid Partiyası və Qarabağ blokunun fəaliyyəti, prezident seçkilərinə hazırlığı barədə qonağa məlumat verib.

Görüşdə ölkəmizin demokratikləşməsi istiqamətində Qarabağ bloku ilə səfirlik arasında ikitərəfli əməkdaşlıq haqda geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Ümid Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Rəfail Tağızadə də iştirak edib.