“İranın vurulması ehtimalı daha da yaxınlaşır”- Proqnoz

-iranin-vurulmasi-ehtimali-daha-da-yaxinlasir-proqnoz
Oxunma sayı: 648

Bu sözləri “Qafqazinfo”ya Amsderdamdan Cənubi Azərbaycan İstiqlal Partiyasının Hollandiya üzrə nümayəndəsi, ekspert Araz Ataxan İrana qarşı gözlənilən hərbi müdaxilə ilə bağlı fikrini şərh edərkən bildirib.

“Bu gün İranın vurulması məsələsi 2 ildir ki, gündəmdədir və son proseslər onu göstərir ki, hər gün İranın vurulması ehtimalı daha da yaxınlaşır. Hətta, bu gün İranın yaxın strateji müttəfiqlərindən Çin də bunu qəbul etməyə başlayıb.
İranın vurulması digərlərindən çox fərqli olacaq. Çünki, vurulan İranın nə müqavimət göstərməyə, nə müasir silah texnologiyası, nə də daxildə potensial qüvvəsi yoxdur. İran rejimi çökənə qədər müharibə davam edəcək”,- deyə Araz Ataxan qeyd edib.

A.Ataxan onu da bildirib ki, indi hamını düşündürən əsas məsələ müharibədən sonra İranı gələcəyi siyasi vəziyyətdədir.

”Dünya bilir ki, bu gün İran rejimi çökərsə, ən azı 5 millət öz taleyi və müstəqilliyini istəyəcəklər. Çünki illərdir ki, İran adlanan yerdə əsarət altında olan millətlər fars işğalçıya qarşı ən güclü savaş aparan alternativdirlər və amma bu məsələ necə həll olunacaq bu sual hamı düşündürür. Bizim üçün təbii ki, Güney Azərbaycanın istiqlal və müstəqilliyi ilk və son istəyimizdir. Bu gün Güney Azərbaycan buna potensial və şüur baxımından hazırdır. Dünya gücləri də bunu qəbul edəcəklər və həm də Güney Azərbaycan avropa üçün bir boğazdır və həmçinin də cənubi Qafqaz üçün də geostrateji əhəmiyyətə malikdir”,-deyə Araz Ataxan qeyd edib.

Araz Ataxan onu da əlavə edib ki, heç bir nüvə mərkəzinin Güney Azərbaycanda yerləşməməsi müharibənin bu bölgədə aparılmamasına kömək etdiyini bildirib: “Yəni, Güney Azərbaycanda heç bir silahlı müharibə olmadan, sadəcə milli iradə ilə öz haqqımıza sahib çıxa bilərik. Düşünürəm ki, bu məsələ Türkiyə və Azərbaycan dövlətinin diqqətindədir və müstəqil dövlətlərimiz dünyanın digər ölkələri kimi bu məsələyə daha hazırlıqlı olmalıdırlar”.


Elnur Eltürk