“İstəyirik, “Bakcell”də “Azercell”lə eyni vaxtda...”

-isteyirik-bakcellde-azercellle-eyni-vaxtda
Oxunma sayı: 649

Bunu “Qafqazinfo”ya açıqlamasında “Bakcell”in Baş icraçı direktoru Riçard Şirer deyib. R. Şirerin sözlərinə görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla söhbətində nazir ona bildirib ki, “Bakcell” yəqin ki, bu ilin sonunadək 3G xidmətləri göstərməyə başlayacaq: “İstəyirik, “Bakcell”də “Azercell”lə eyni vaxtda 3G xidmətlərini göstərməyə başlasın. Qısa zamanda bu xidməti göstərməyə hazırıq. 3G-ni təqdim etmək bizə böyük imkanlar yaradacaq. Həm də telekommunikasiya bazarında inkişafa böyük təkan olacaq. “Bakcell” Azərbaycana bir çox yeniliklər gətirib. Ümid edirik ki, 3G və Data xidmətləri ilə bu yeniliklərin siyahısını artıra bilərik”.

İlin sonunadək şirkətin hansı yeniliklər göstərəcəyinə gəlincə, R. Şirer əlavə edib ki, hazırda müştərilərə ödənişlərini telefon vasitəsilə də həll etməyə imkan verən xidmətlərin tətbiqinə hazırlaşırlar. Bundan başqa, bir neçə tariflərlə bağlı yeniliklər olmalıdır.

Nigar Məmmədli