“Mən Azərbaycanı tərk etməyəcəm” - Video

-men-azerbaycani-terk-etmeyecem-video
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, proqramda Rafiq Əliyevlə yanaşı “İNAM” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazı da iştirak edib.

Rafiq Əliyev ziyalıların Azərbaycanın siyasi və ictimai həyatda oynadığı roldan, ölkədə və bölgədə yaranan durumdan danışıb. “Dünya ədalətə hamilədir” deyən Rafiq Əliyev bu proseslərin Azərbaycandan da yan keçməyəcəyini vurğulayıb.

Elxan Şahinoğlunun “Təzyiqə məruz qalan ziyalının 3 çıxış yolu olur. O ya ədalətsizliyə qarşı mübarizədən geri çəkilmir, öz sözünü cəsarətlə deyir, ya özünə və ailəsinə problem yaratmamaq üçün bir qədər gölgəyə çəkilir, ya da çarəsiz qalıb xarici ölkəyə gedir. Siz bunlardan hansına üstünlük verərdiniz” sualına Rafiq Əliyev bu şəkildə cavab verib: “Mən Azərbaycanı tərk etməyəcəm”.

Proqramın videosunu Buradan izləyə bilərsiniz.