“Meşəbəyilər də Azərbaycan vətəndaşlarıdır” - Nazir

-mesebeyiler-de-azerbaycan-vetendaslaridir-nazir
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Nazir bildirib ki, meşəbəyilər də Azərbaycan vətəndaşlarıdır: “Meşə gözətçisi kənddə yaşayan adamdır və bəzən ali təhsili də olmur. Onu işdən çıxarıb başqasını qoyuruq. Bunların arasında vicdanlısı da, vicdansızı da ola bilər. Meşəbəyilərin məqsədli şəkildə brakonyerlərə kömək etdiyini demək yanlışdır. Belə
hallarda biz iqtisadi səbəbləri araşdırmağa başlayırıq. Əgər meşəbəyiyə təsir olunmasa, vətəndaş qanunsuz yolla əldə olunan oduna üstünlük verməsə, onun bazarı da olmayacaq. Yüzlərlə meşəbəyini işdən çıxarırıq, hüquq-mühafizə orqanlarına veririk. Bu, çıxış yolu deyil”.

Nazir əlavə edib ki, əvvəlki illərlə müqayisədə ardıcıl davamlı azalma müşahidə olunur. Bunun səbəblərindən biri rayonların qazlaşdırılmasıdır, digəri isə insanların şüurunda olan dəyişiklikdir.