“Minsk Qrupunda tərəfsiz ölkəyə ehtiyac var”- Rəy

-minsk-qrupunda-terefsiz-olkeye-ehtiyac-var-rey
Oxunma sayı: 649

Bu sözləri “Qafqazinfo”ya Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fransanın Minsk qrupundan çıxması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

“Azərbaycan bu məsələdə öz mövqeyini kifayət qədər sərt şəkildə ortaya qoymalıdır. İlk növbədə söhbət Fransanın Minsk qrupunda həmsədrliyi ilə bağlı məsələdə öz əksini tapmalıdır. Minsk Qrupunda Azərbaycanın haqlı sözünü deyə bilən həqiqi bir tərəfsiz ölkəyə ehtiyac var. MQ üç həmsədrin tərəfsizliyi artıq Aheç kimdə şübhə doğurmur. Həm Fransanın, həm də Rusiyanın ermənipərəst mövqeyi çox açıqdır. ABŞ isə tərəfsizliyinə senatın xarici işlər komitəsindəki səsverməsi ilə ləkə gətirdi”,-deyə analitik qeyd edib.

Analitik onu da bildirib ki, Fransa bu qanun layihəsini qəbul etdikdən sonra ATƏT-in Minsk qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki bu ölkə tərəfsiz olmadığını bir daha əyani şəkildə göstərdi.

“Əslində bu ölkə özü həmsədrlikdən uzaqlaşsa idi, daha yaxşı olardı. Lakin hazırki səviyyədə bu imkansiz göründüyündən Azərbaycan diplomatiyasının öhdəsinə ciddi vəzifə düşür. Bu məsələləri nəzərə alaraq Azərbaycan rəsmi səviyyədə Minsk qrupunun formatına yenidən baxılması ilə bağlı ATƏT-ə müraciət etməlidir. Bunun üçün də rəsmi Bakının bu məsələdə çox ciddi şəkildə iradə nümayiş etdirməsi vacibdir. Bu artıq bir şərəf məsələsidir.
Onu da xatırlatmaq istəyirəm ki, hələ 1997-ci ildə Fransanın həmsədr kimi namizədləyə irəli sürülürkən Heydər Əliyev bu ölkənin həmsədr olmasına ciddi etiraz etmişdi”,-deyə T.İsmayıl vurğulayıb.


Elnur Eltürk