“Qardaşlıq və mehriban qonşuluq münasibətləri möhkəmlənib”

-qardasliq-ve-mehriban-qonsuluq-munasibetleri-mohkemlenib
Oxunma sayı: 656

“Qafqazinfo” AzerTac-a istinadən vəbər verir ki, Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin və Rusiya Federasiyasının İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun, Kabardin-Balkar Respublikasının Prezidenti Arsen Kanokovun, Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurovun, Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun ölkəmizə səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafını bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin artdığını, siyasi əlaqələrin möhkəmləndiyini, regional əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiyanın Şimali Qafqaz respublikaları arasında da işgüzar, z və xalqlarımız üçün önəmini vurğuladı.

Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin tapşırıqlarına uyğun olaraq ölkələrimiz arasında ikitərəfli münasibətləri və əməkdaşlığı nəinki hökumətlər, eləcə də subyektlər səviyyəsində daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayaraq respublikamızın Şimali Qafqaz dairəsi ilə əməkdaşlığını bunun yaxşı nümunəsi kimi qiymətləndirdi. O, artıq Bakıda mühüm görüşlərin və bir sıra kompleks layihələrin təqdimatını keçirdiklərini vurğulayaraq bunları inkişaf etdirmək niyyətində olduqlarını dedi.

Görüşdə bildirildi ki, Rusiya Federasiyası İnquşetiya Respublikasının veteranlarının və əhalisinin çoxsaylı xahişi ilə Rusiya Federasiyasının Şimali Qafqaz subyekti ilə Azərbaycan Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinin əlaməti olaraq görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün Malqabek Şəhər Şurası bu şəhərdəki xiyabanların birinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə nahar verildi.

Sonda xatirə şəkli çəkdirildi.