“Radioaktiv tullantılar”

-radioaktiv-tullantilar-
Oxunma sayı: 1259

Keçmiş deputat Pənah Hüseynovun “radioaktiv tullantı” ilə müqayisə olunmasının əsas səbəbi isə 1997 ci ildə Kələkidən Bakıya qayıdan mərhum Əbülfəz Elcibəy dönəmindən sonra Pənah Hüseynovun AXCP-yə qaytmaq istəyi idi. Müəllif idda edirdi ki, Pənah Hüseynov kimilərdən müxalifət təmizənməsə hec vaxtı ugur əldə edə bilməyəcək və nə qədər ki, bu adamlar müxalifətdə olacaq, bir o qədər də müxalifət hakimiyyətə gələ bilməyəcək . Həmin illər AXCP-də “Yurd”un hökmaranlıq dövrü idi. Onlar mətbuat şəbəkəsini işə salıb bu kompaniyanı aparırdılar. Hamı da bilirdi ki, bu kampaniyanın başında duran və bu tezisləri mətbuatda yazdıran da Əli Kərimli idi. Heç bir halda Pənah Hüsüynovun partiyaya qayıtmasını istəmirdilər. Ona qarşı əsas iddialardan biri də AXC-nin 40 min dollarının mənimsənilməsi faktı idi. Onu da deyim ki, həmin illərdə mən həm AXCP gənclər komitəsində şöbə müdüri, həm də Şahvələd Çobanoğlunun rəhbərlik etdiyi “Güyandın” qəzetinin parlament müxbiri idim. Bu qəzet yeganə gündəlik çıxan qəzet idi ki, mərhum Əbülfəz bəyi təmənnasız tam gücü ilə müdafiə edirdi. Yəni mənim partıyanın kuluarlarında aparılan söhbətlərdən kifayət qədər xəbərim var idi. Ən maraqlısı o idi ki, Əbülfəz bəyin özü də Pənah Hüseyovun partiyaya qayıtmasında maraqlı görünmürdü. Bəyin “partiyanın pullarını nə etmisən?” sualına Pənah Hüseynov “bir müddət gizənmişəm. Mənim haqqım var ki, həmin pulları xərcləyim. Mən də həmin pula özümə ev almışam” cavabını vermışdi. AXCP-də hər kəs bilirdi ki, o pulların aqibəti neçə olub. Bu və ya digər səbəblərə görə də mərhum Elcibəy onun partiyaya qayıtmasında maraqlı deyildi. Əslində Pənah Hüseynovun özü də yaxşı bilirdi ki, onun partıyaya qayıtmasını qəbul etməyən insandan biri də mərhum Əbülfəz bəydi. Bəy istəsə idi, Əli Kərimlinin iradəsinə zidd olaraq Pənahı partiyaya qaytara bilərdi.

Bu yaxınlarda AXC-nin 22 illiyi ilə bağlı jurnalistə müsahibə verən BAXCP lideri Qüdrət Həsənquliyev AXC-nin uğur və məğlubiyyətindən danışıb. Və AXC iqtidarı dövründə baş nazir vəsifəsini tutmuş şəxsdən başlamış bütün hökümət nümayəndələrinin fəaliyyətini tənqid edib. 1993-cü il iyun qiyamında daxili işlər nazirliyinin binasından prezident Elcibəyin xəbəri olmadan toplantı keçirən hakimiyyətin ikinci şəxsi olmuş İsa Qəmbər, baş nazir Pənah Hüseynov və digər şəxslər Naxçıvana zəng edərək mərhum Heydər Əliyevi hakimiyyətə dəvət ediblər. Prezidentin bu zəngdən və dəvətdən xəbəri yoxdursa, bunun adı nədir? Heydər Əliyevə olan zəngi niyə mərhum Elcibəydən gizlədiblər? Bu haqda məlumatı ilk dəfə Elcibəyə Heydər Əliyev deyib. Bəy də bunu eşidəndə şoka düşüb. Bu Elcibəyə qarşı olan xəyanət deyil, bəs nədir?

Digər bir fakt prezidetin yanında təhlükəsizlik şurasının iclasında müdafiə naziri Rəhim Qazıyevlə yumruq-şillə davasına çıxan baş nazir Pənah Hüseynovun huşunu itirməsilə bağlıdı. Həmin vaxt dövlət katibi olan Əli Kərimli Pənah Hüseynova yaxınlaşıb kömək edəndə , Pənah Hüseynov gözünü açib “mənə heç nə olmayıb, özüm belə etdim, Rəhimdə tapanca var, qorxdum ki, məni güllələyər” deyib.

Vaxtilə Eldar Namazovun rəhbərlik etdiyi “Panorama” qəzetində Pənah Hüseynovla prezident Heydər Əliyevin danışığının stenoqramının dərc olunduğu yəqin ki çoxları xatırlayır. Həmin danışıqda Pənah Hüseynov Heydər Əliyevin ünvanına tərif yağdırmışdı və s. Həmin danışıq lenti indi də arxivdə saxlanılır. Qüdrət bəy bunları qeyd edib. Bu faktlar haqqında danışmayan və özünü müxalifətin “ideoloqu” sayan Pənah Hüseynov şərəf və layaqət məsələsini dilinə gətirib. Olsun! Mən də deyirəm ki, əgər bu hadisə və bu faktlar olmayibsa, kimsə kiməsə böhtan atırsa, o adam şərəfsiz və ləyaqətsizdir! Biz heç bir kəsin ünvanına təhqir işlətməmişik. Həmişə normal bir şəkildə öz mövqeyimizi ortaya qoymuşuq.

Bu insanlar bu prinsipləmi demokratik ölkə qurmaq iddiasındadır? Adi bir tənqidə düzməyən adam bu ölkənin rəhbərliyində təmsil oluna bilməz! 1992-93 cü illərdə Pənah Hüseynovun rəhbərlik eydiyi hökümət bir il yaşaya bildi. Bu məglubiyyət bilisiniz nə qədər gəncin həyatını məhv etdi? Bir şox gənclər həbsxanaya düşdülər. Bir çoxları ölkəni tərk etdi. Demək olar ki, həmin gənclər bütün həyatlarını əzab içində kecirdilər. İndi həmin gənclər 50 yaşlarını keçiblər. Bu həyatı yaşayan ailələrdən biri də bizim ailədir. Biz bunun neçə ağır və çətin olduğunu gözəl bilirik. 7 cəbhəçi qardaşım səngəri də, həbsxana həyatını da görüblər. 2001-ci ildə Qüdrət bəyin düzgün və rasioanal siyasi xətti olmasa idi , mən də bu insanların yaşadığı həyatı yaşamalı olacaqdım. BAXCP sədri mənimlə yanaşı minlərlə cəbhəçini xilas etdi.

Fikirləşirəm ki, 2005-ci ildə hakimiyyət Pənah Hüseynovun Milli Məclisə buraxılmasının səbəbi o olub ki, xalqa göstərmək istəyiblər ki, 20 il keçməsinə baxmayaraq, bu adamların təfəkküründə az da olsun, dəyişiklik olmayıb! Bu tip insanlardan sizə rəhbər olmaz! Onun Milli Məclisdə cılğın, yersiz “etirazı” buna sübutdur. Məncə hakimiyyət öz istəyinə nail oldu. Bu yaxinlarda “Yeni Musavat” qezetində uzun illər siyasi proseslərin içində olan və milli azadlıq hərəkatında özünəməxsus xidməti olan ilk siyasi təşkilatın rəhbərlərindən sayılan ADP sədri Sərdar Cəlaloğlu ilə apardığı polemikada “mədəniyyəti”ni göstərməsi bunu bir daha sübut etdi! Bu adamın Sərdar bəyin ünvanına işlətdiyi ifadələrdən də görünür ki, bu siayasətçidən çox bazar adamına oxşayır...

02 aprel mitinqində həbs edilən gənclərin məhkəmə prosesi başlayib. Yenə də gənclərin həbsxana həyatı ola bilər. Çox arzu edirəm ki, bu gənclər həbs edilməsinlər. Hətta bununla bağlı hakimiyyət nümayəndələrinə müraciətdə edirəm. Bu gənclərə azadlıqdan mərhumetmə maddəsindən başqa istənilən cəzanı verə bilərsiniz və bunu da edin. Bu gənclərə şans verin. Onsuz da gənclər bildilər ki, bu düşərgənin başında duran şəxslər nəinki onlarla maraqlanmır, hətta həbslərindən bir həftə keçməmiş öz istirahətlərini də unutmurlar. Saxlanılan gənclərdə bağlı istintaqın getdiyi bir vaxtda Pənah Hüseyn, Rauf Arifoğlu və digər şəxslər Yessentukidə istirahət edirdilər. İndi də məhkəmə prosesi başlayıb, Rauf Arifoğlu onun cağırışı ilə icazəsiz aksiyaya qatılan gənclərin məhkəməsində iştirak etmək əvəzinə Quş adasında istirahət edir...

Niyaməddin Orduxanlı, BAXCP sədrinin müavini