Rusiyada azərbaycanlı iş adamı güllələndi

-rusiyada-azerbaycanli-is-adami-gullelendi
Oxunma sayı: 652

Yerli KİV-lərin yaydıqları xəbərlərə görə, 45 yaşlı biznesmen Çarıyev (onun adı göstərilmir.-red.) səhər saat 7.30 radələrində Dzerjinski rayonundakı villasından çıxaraq işə getmək istəyərkən onun Audi Q7 avtomobili atəşə tutulub. Naməlum killer yaxınlıqdakı pusqudan çıxaraq avtomobilin qarşısını kəsib və “Kalaşnikov” avtomatının darağını ona tərəf boşaldıb.

Şəhər hüquq-mühafizə orqanlarından verilən məlumata görə, killer avtomobilə azı 25 güllə atıb, güllələrdən üçü biznesmenə dəyib. Killer avtomatın darağını boşaldandan sonra silahı və əlindəki çantanı hadisə yerində ataraq sürətlə uzaqlaşıb. Güllə səslərinə yaxınlıqdakı binaların sakinləri və biznesmenin oğlu küçəyə çıxıb. Çarıyevin oğlu atasının ağır yaralandığımı görərək onu dərhal öz avtomobili ilə xəstəxanaya çatdırıb. Burada biznesmenin üzərində cərrahiyə əməliyyatı aparılıb və güllələr çıxarılıb. Lakin Çarıyevin vəziyyətinin kritik olaraq qaldığı bildirilir.
Hüquq-mühafizə orqanlarında ehtimal edirlər ki, qətl sifarişlidir və şəhərin “Jiqulevsk” topdansatış bazarı uğrunda iki azərbaycanlı klanı arasında neçə vaxtdır davam edən çəkişmə ilə bağlı ola bilər. Belə ki, bu çəkişmə çərçivəsində 2010-cu ilin mayında da qətl törədilib. Ticarət bazasındakı anbarlardan birinin qarşısında Çopsiyev qardaşları 25 yaşlı azərbaycanlı Şamil Asdiyevin avtomobilini atəşə tutublar. Həmin gün axşam Şamilin əmisi oğlu Murad da başından güllələnmiş vəziyyətdə tapılıb.

musavat.com