“Vahid namizəd məsələsi gündəlikdən cıxarılmalıdır”- Təklif

-vahid-namized-meselesi-gundelikden-cixarilmalidir-teklif
Oxunma sayı: 649

“Media forum” saytına açıqlamasında Fəhmin Hacıyev deyib: “Rəsul Quliyevin liderliyində yaradılmış Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı hakimiyyətin planı ola bilməz. Amma hakimiyyətdə olan siyasi güc mərkəzlərindən ən azı ikisinin dar gün üçün Rəsul Quliyevin fəal siyasətə qayıtmasında maraqlı olması mümkündür. Etiraf olunmalıdır ki, 2005-ci ilin parlament seçkisi zamanı Rəsul Quliyev Azərbaycana qayıtsaydı, hakimiyyət düşərgəsində ciddi parçalanma ola bilərdi.

Yeni siyasi güc mərkəzlərinin yaranması qısqanclıqla qarşılanmamalı, əksinə, alqışlanmalıdır. Bu il cəmiyyətdə siyasi fəallığın artacağı və proseslərin gedişinin müxalifətin birgə fəaliyyətini diktə edəcəyi gözlənir. Birgə fəaliyyət siyasi proseslərin arzuolunmaz məcraya yonəldilməsinin qarşısını almaq və ədalətli seçki mühitinin yaranmasına nail olmaq əminliyi yaradır.

Müxalifətin koordinasiyali və ya birgə fəaliyyəti heç də o demək deyil ki, bu kəsim 2013-cü ilin prezident seckisində vahid namizədlə iştirak etməlidir. Əksinə, bütün iddialıların seçkidə istirakı ölkədə siyasi fəallığın artmasına gətirəcək. Vahid namizəd məsələsi gündəlikdən cıxarılmalıdır. Bütün aparıcı müxalifət liderləri seçkidə iştirak edərsə, ikinci tur qaçılmaz ola bilər. O zaman az səs toplayanlar ikinci tura çıxan müxalifət namizədinə dəstək verməlidir. Eyni zamanda indidən koalisiya hökuməti qurulması razılaşdırılmalıdır”.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olmuş Fəhmin Hacıyev Daxili Qoşunların komandanı postunu Əbülfəz Elçibəyin prezidentliyi dövründə tutub. 1994-2004-cü illərdə həbsdə olub. Hazırda Ukraynada yaşayır.