Vüqar Səfərlinin əleyhinə sayt yaradıldı

-vuqar-seferlinin-eleyhine-sayt-yaradildi
Oxunma sayı: 677

“Məqsədimiz KİVDF-ni müsabiqə keçirmək adı ilə dövlətin pullarını mənimsəməsini ifşa etməkdir. Axı həmin pulların yalnız çox cüzi hissəsi əsl ünvanlarına çatır. Məsələn, nəticələri 22 iyul 2011-ci ildə «Min bir gecə» restoranında açıqlanacaq müsabiqədə yalnız bəzi real olaraq jurnalistika fəaliyyəti ilə məşğul olanların sayı barmaqla sayıla biləcək qədərdir. Qalanları tapşırıqla və Allah bilir hansı yolla mükafat alanlardır.
Buradan müstəqil olan baş redaktorlara müraciət edərək bloq-saytımıza informasiya dəstəyi vermələrini, ən azından bu xəbəri vermələrini, sayt-bloqumuzun ünvanının yayılmasına kömək göstərmələrini xahiş edirik!
Vüqar Səfərli! Özünü qoru! “Gizli Adamlar” təşkilatı üstünə gəlir!
“Gizli Adamlar” təşkilatı”