“Yeni Müsavat”ın şikayəti təmin olunmadı

-yeni-musavatin-sikayeti-temin-olunmadi
Oxunma sayı: 662

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti Nizami Rayon İcra Şöbəsinə qarşı qaldırdığı iddia Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə keçirilən prosesdə təmin edilməyib və həmin qərardan apelyasiya şikayəti verilib.
Hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən prosesdə “Yeni Müsavat”ın şikayəti təmin edilməyib.

Qəzetin hüquqşünası Vaqif Hüseynin bildirdiyinə görə, icra sənədi qüsurludur, sənəddə "İcra haqda” qanunun 7-ci maddəsinin tələbləri pozulub. Hüquqşünas qeyd etdi ki, icra sənədində borclular (Azər Ayxan və Qoşqar Bakılı-red.) barədə məlumatlar düzgün göstərilməyib. Vaqif Hüseyn əlavə etdi ki, “Yeni Müsavat” qəzetində Qoşqar Bakılı adlı adam işləmir və bu səbəbdən də məhkəmənin bu şəkildə icrası mümkün deyil.

Xatırladaq ki, məhkəmə akademik Cəlal Əliyevin iddiası ilə “Yeni Müsavat”ın, müəllifin və Azər Ayxanın 1500 manat cərimə ödəməsi barədə qərar qəbul edib.

musavat.com