1 Milyard 525 milyon manatlıq gəlir

1-milyard-525-milyon-manatliq-gelir-
Oxunma sayı: 730

Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,8 faiz və ya 91,9 mln. manat artaraq 868,6 mln. manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,4 faizi və ya 515,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,3 faiz və ya 56,6 mln. manat artmış, proqnoz isə 100,9 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 14,4 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 16,8 faiz artıb.

2011-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 352,8 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 35,3 mln. manat artıb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2011-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 508,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 474,7 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 246,3 mln. manat və ya 20,1 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,2 faiz və ya 241,6 mln. manat artaraq 1435,5 mln. manat təşkil edib.

2011-ci ilin ilk 9 ayında əhaliyə 39,2 mln. manat məbləğində müavinət ödənilib.

Nigar Məmmədli