1 milyon avroluq soyğun

1-milyon-avroluq-soygun-
Oxunma sayı: 779

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, dünən gecə pul aparan avtomobil kimsəsiz bir yolda iki soyğunçu tərəfindən durdurulub.

Avtomobildən düşən polis geyimli, maskalı iki soyğunçu zirehli maşının sürücüsü və yanındakı mühafizəçini zərərsizləşdiriblər. Bu arada iki başqa avtomobillə hadisə yerinə gələn daha 3 nəfər kəsiçi alətlə avtomobilin pul olan hissəsini kəsib.

Soyğunçular içindən təxminən 1 milyon avro olan pul kisəsini oğurlayıblar.