10 nəfər dəm qazından zəhərləndi

10-nefer-dem-qazindan-zeherlendi
Oxunma sayı: 651

Bu barədə Gün.Az-a məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, dünən Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindəki 11 nömrəli binanın 29-cu mənzilində yaşayanlar Yaqut Əhmədova, Şəlalə Əhmədli və onun 4 uşağı dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Eyni zamanda Sumqayıt şəhər sakinləri Möhübbət Adıgözəlov, Sevinc Qarayeva, Gülnar Coşqun qızı və Tahir Babayev də öz mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.