110 ildir sönməyən lampa

110-ildir-sonmeyen-lampa
Oxunma sayı: 907

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən məlumatına görə, 1901-ci ildə bir iş adamı tərəfindən yanğınsöndürmə müəssisəsinə bağışlanan lampa indiyədək yanmaqda davam edir.

Qəsəbədə elektrik işlərinə məsuliyyət daşıyan Lynn Ovens lampanın bu qədər uzun müddətdə yanmasının elm adamlarının təəccübünə səbəb olduğunu bildirib. 4 vattlıq lampanın bu qədər yanması hamını maraqlandırır.

Livermore qəsəbəsinə minlərə turistin gəlməsinə şərait yaradan lampa Ginessin “Rekordlar Kitabı” daxil edilib.