12 yaşlı uşaq bıçağı böyük qardaşının ürəyinə sapladı

12-yasli-usaq-bicagi-boyuk-qardasinin-ureyine-sapladi
Oxunma sayı: 698

Rayon sakinlərinin “Qafqazinfo”ya verdikləri məlumata görə, hadisə nəticəsində qardaş öz qardaşını öldürüb. Şəmkir rayonunun Dəlilər qəsəbəsinin sakini 12 yaşlı Məhərrəmov Yusif böyük qardaşı 14 yaşlı Niyaməddini qətlə yetirib. Bildirilir ki, qardaşların arasında xörək masası arxasında mübahisə düşüb və buna səbəb onların xörəyi bölə bilməməsi olub. Buna görə də kiçik qardaş bıçağa əl atıb və onu Niyaməddinin düz ürəyinə sancıb. N. Məhərrəmov qardaşının zərbəsi nəticəsində yerindəcə keçinib.

Şəmkir rayon Polis İdarəsindən fakt təsdiq olunub, baş vermiş hadisə ilə bağlı cinayət işi başlayıb.