135 min dolları ayaqyolunda “unutdu”

135-min-dollari-ayaqyolunda-unutdu
Oxunma sayı: 672

. “Qafqazinfo”nun xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, anonim xeyriyyəçi Yaponiyanın Sakado şəhərində ayaqyolunda içində on milyon iena (təxminən 135 min dollar) çanta qoyub. Həmin adamın pulu mart zəlzələsindən və sunamidən zərər çəkmişlərə çatdırmaq xahişi ilə qeyd yazdığı xəbər verilir.
Şəhər administrasiyasının nümayəndələrinin sözlərinə görə, qeyri-adi tapıntı 22 sentyabrda aşkar edilib, ancaq onun haqqında elan yalnız bir həftə sonra verilib. Rəsmilər xeriyyəçinin yaşlı insan olduğunu güman edirlər. Qeydlərdə onun tək yaşadığının yazıldığı bildirilir.
Əgər yaxın üç aya pulun qanuni sahibi pulun ona məxsus olması barədə məlumat verməyəcəksə və onun geri qaytarılmasını tələb etməyəksə, onda meriya pulu Yaponiyanın Qırmızı Xaç Cəmiyyətinə təqdim edəcək.