“14 fevral- Sevgililər günü” rəsmi şəkildə qadağan edildi

14-fevral-sevgililer-gunu-resmi-sekilde-qadagan-edildi
Oxunma sayı: 1857

Türkiyə mətbuatında dərc olunan xəbərlərə görə, Özbəkistanda fevral ayının 14-nün “Sevgililər günü” kimi qeyd olunması qadağan edilib. Xəbərlərdə sözügedən tarixə təsadüf edən bütün əyləncə və konsertlərin ləğv edildiyi öz əksini tapıb.

Xarici KİV Qərb ölkələrində yüksək qeyd olunan sözügedən günün qeyd olunmasının Özbəkistan hökumətinin qərarı ilə qadağan olunduğunu, həmin gün ölkənin İstiqrar sarayında Ədəbiyyat simpoziumunun keçiriləcəyini, tədbirin tanınmış şair və hökmdar Babur Şaha həsr olunduğunu yazıb.

Bu arada Türkmənistanda da “14 fevral Sevgililər günü”nü qeyd olunmayacağı, əvəzinə sözügedən tarixdə prezident Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətə gəlməsinin ildönümü ilə bağlı bayram tədbiri keçiriləcək.



(azerimuslims)