15 ilin yekunları

15-ilin-yekunlari-
Oxunma sayı: 698

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda mobil rabitə bazarının 55 %-nə nəzarət edən Azercell 4 milyondan çox abonentin etibarını qazanıb. Azercell şəbəkəsi ölkənin 80%-ni əhatə edir və əhalinin 99,8%-ni rabitə xidmətləri ilə təmin edir.
Azercell bu illər ərzində qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi kimi də tanınıb. Ümumilikdə, Azercell-in 15 illik fəaliyyəti ərzində dövlət büdcəsinə ödədiyi vergilər 1 milyard ABŞ dollarından artıq məbləğ təşkil edir. Qeyri-neft sektorunun həm də ən böyük investoru sayılan Azercell-in bu illər ərzində Azərbaycanın telekommunikasiya sektoruna yatırdığı sərmayənin ümumi məbləği 1 milyard ABŞ dollarından artıqdır.
GSM dünyasını Azərbaycana gətirən Azercell ilk dəfə olaraq fakturasız xətt sistemi (SİM-SİM), GPRS, EDGE, fasiləsiz işləyən Telefon-Məlumat Mərkəzi, “Simurq” və tam xidmət göstərən Azercell Ekspres ofisləri yaradıb.
Bu gün Azercell şirkəti Bakı və Gəncədə fəaliyyət göstərən Telefon Mərkəzləri, Bakıda 4 və bölgələrdə 6 Müştəri Xidmətləri Mərkəzi, Bakıda 16 və bölgələrdə 22 Azercell Ekspres ofisləri ilə müştərilərinə xidmət göstərməkdə davam edir.
TeliaSonera ailəsinin bir üzvü kimi ölkəmizdə yeni nəsil texnologiyası 3G və 4G-nin sınaqları da ilk dəfə olaraq məhz Azercell tərəfindən aparılıb. Ölkəmizdə ilk dəfə olaraq rouminq xidmətini tətbiq edən şirkət artıq dünyada elə bir ölkə qalmayıb ki, onunla rouminq əlaqəsi yaratmasın.
Hazırda Azercell-in ölkə ərazisində 2 400-ə yaxın radio baza stansiyası quraşdırılıb ki, bu da say etibarilə digər mobil operatorları qabaqlayır.
Azercell sosial layihələrin həyata keçirilməsinə son 15 il ərzində 15 milyon ABŞ dollarından artıq vəsait sərf edib.
İnsan qaynaqlarına kapitalı əsirgəməyən Azercell bu illər ərzində öz işçilərinin inkişafına təxminən 12 milyon ABŞ dolları həcmində sərmayə yatırıb.
Hazırda Avrasiyanın ən böyük və ən güclü potensiala malik olan beynəlxalq telekommunikasiya şirkəti TeliaSoneranın üzvü olan Azercell “Eurovision 2012” mahnı müsabiqəsinin əsas tərəfdaşıdır.

Nigar Məmmədli