176 avtomobil bir-birinə girdi

176-avtomobil-bir-birine-girdi
Oxunma sayı: 658

“Qafqazinfo”nun vesti.ru saytına istinadən xəbərinə görə, hadisədə bir nəfər ölüb, 16 nəfər isə yaralanıb. Qəzaya səbəb dumanlı hava şəraiti və yolların buz bağlaması olub. Qəza səhər yolda avtomobillərin hərəkətinin pik vaxtı baş verib.

Şahidlərin sözlərinə görə, maşınlardan birinin sürücüsü idarə etmənin öhdəsindən gəlməyib. Nəticədə arxadan gələn maşınlar onunla toqquşub.

Hadisədə avtomobil yolunda bir neçə kilometr uzunluğunda tıxac yaranıb. Xüsusi xidmət orqanları qəzanın nəticələrini aradan qaldırmaq üçün bölgəyə səfərbər edilib.

Xilasedicilər əzilmiş avtomobilləri yoldan kənarlaşdıraraq yolu hərəkəti bərpa ediblər. Yol- nəqliyyat hadisəsində şagirdləri məktəbə daşıyan avtobus da olub. Xəbər verilir ki, avtobusda olan şagirdlərdən heç biri xəsarət almayıb.