19 Yaşlı qız “Lexus”la bir ailəni əzdi – Dəhşətli qəza, Yenilənib

19-yasli-qiz-lexusla-bir-aileni-ezdi-dehsetli-qeza-yenilenib
Oxunma sayı: 689

Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 13 radələrində qadın sürücüyə məxsus “Lexus” ata, ana və onların 3-4 yaşında olan oğlunu vurub. Hər üç yaralı 3 saylı şəhər xəstəxanasında çatdırılsa da, ana və azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Dəhşətli yol qəzası Aeroport yolunda baş verib.

Hadisə yerindən qaçan sürücü artıq saxlanılıb. Sürücünün və ölənlərin şəxsiyyəti açıqlanmır.

***

“Qafqazinfo” qəzanı törədən sürücünün kimliyini əldə edib. Belə ki, bir ailəni məhv edən sürücü 19 yaşlı Mütəllimova Mədinə Zaur qızıdır. İdarə etdiyi 90 XH 042 dövlət nömrə nişanlı maşın onun özünə aid olub.