2 milyon 542 min 011 manatlıq cərimə

2-milyon-542-min-011-manatliq-cerime
Oxunma sayı: 666

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 444 iş üzrə 2542011.1 manat məbləğində cərimə tətbiq edilib.

İdarə və müəssisələrə 2773 iş üzrə 661447.82 manat məbləğində ödəmə tətbiq edilib, ondan 636019.25 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 103 işdən 24-nə, icra qruplarına göndərilmiş 263 işdən 137-nə, məhkəmələrə göndərilmiş 106 işdən 62-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Su ehtiyatlarının mühafizəsi üzrə 84 akt və 30 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 63 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 35 iş üzrə 41975 manat məbləğində cərimə tətbiq edilib. İdarə və müəssisələrə 474 iş üzrə 57562.82 manat məbləğində ödəmə tətbiq edilib, ondan (əvvəlki illər də daxil olmaqla) 266924.27 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 1 və icra qruplarına göndərilmiş 16 işə baxılmayıb.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 219 akt və 32 protokol tərtib olunub. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 172 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 36 iş üzrə 88850 manat məbləğində cərimə tətbiq edilib. 1158 iş üzrə 169174.25 manat məbləğində ödəmə tətbiq edilib və ondan (əvvəlki illər də daxil olmaqla) 224272.04 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 25 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb, məhkəməyə göndərilmiş 1 işə baxılmayıb.

Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 119 akt və 41 protokol tərtib olunub. Çatışmazlıqların aradan qaldırılması üçün 30 icrası məcburi olan “məcburi göstəriş” verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 41 iş üzrə 59050 manat məbləğində cərimə tətbiq edilib. İdarə və müəssisələrə 223 iş üzrə 23479 manat məbləğində ödəmə tətbiq edilib və ondan (əvvəlki illər də daxil olmaqla) 23573.50 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işdən 1-nə, məhkəmələrə göndərilmiş 1 işə baxılmayıb. Məhkəmə İcraçılarına göndərilmiş 10 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.

Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 62 akt və 27 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 13 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 58 iş üzrə 117600 manat məbləğində cərimə tətbiq edilib. İdarə və müəssisələrə 37 iş üzrə 20178.42 manat məbləğində ödəmə tətbiq edilib və ondan (əvvəlki illər də daxil olmaqla) 51013.78 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 4 işdən 2-nə, icra qruplarına göndərilmiş 38 işdən 12-nə və məhkəmələrə göndərilmiş 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 391 akt və 112 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 292 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 89 iş üzrə 307400 manat məbləğində cərimə tətbiq edilib, ondan 11133.46 manat ödənilib. İdarə və müəssisələrə 881 iş üzrə 391053.33 manat məbləğində ödəmə tətbiq edilib və ondan 70235.66 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 8 işə baxılmayıb, icra qruplarına göndərilmiş 58 işdən 16-na baxılaraq müvafiq tədbir görülüb.

Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 380 akt və 91 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 11 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 97 iş üzrə 1845499.6 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 52 işdən 25-nə, icraçılar qrupuna göndərilmiş 73 işdən 16-na, məhkəmələrə göndərilmiş 13 işdən 6-na baxılaraq müvafiq tədbir görülüb.

Faunanın mühafizəsi üzrə 88 akt və 127 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 2 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 88 iş üzrə 81636.5 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 34 işdən 19-na, məhkəmələrə göndərilmiş 73 işdən 50-nə, icra qruplarına göndərilmiş 43 işdən 18-nə baxılaraq müvafiq tədbir görülüb.

Nigar Məmmədli