“2 miylon dollar vermişik, ancaq rüşvət yox, rüsum” - Açıqlama

2-miylon-dollar-vermisik-ancaq-rusvet-yox-rusum-aciqlama
Oxunma sayı: 641

“Biz AİBA olaraq çox şəffaf təşkilatıq. Biz əvvələr bu pis idarə olunan idmanın tamamilə şəffaf olunması üçün əlimizdən gələni etmişik”, - deyə Ayvan Xodabaxş bildirib

Olimpiya döyüşlərinin təşkilatçısı olan Beynəlxalq Həvəskar Boks Assosasiyası isə öz növbəsində Azərbaycanın bu seriyadan olan yarışlardan birinin fonduna həqiqətən 9 milyon dollar köçürdüyünü təsdiq edib. Bununla belə AİBA bu sövdələşmənin razılaşdırılmış medal alınması ilə bağlı iddianı rədd edir. AİBA prezidenti Çinq-Kuo Vu danışılmış döyüşlər barədə yayılmış söhbətin əsassız və absurd olduğunu deyib. O, Dünya Boks Seriyasının fəaliyyətinin şəffaf olduğunu bildirərək, onun rəhbərlik etdiyi təşkilatın korrupsiyaya dözülməz münasibət bəslədiyini və bu ittihamların araşdırılması üçün hazır olduğunu da əlavə edib.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev ANS-ə açıqlamasında məsələyə münasibət bildirərək səslənən ittihamları gülünc adlandırıb.

“Hər hansı bir ölkə Dünya çempionatı, Avropa çempionatı və digər turnirləri keçirirsə, mütləq bunun üçün rüsum ödəməlidir. Bu artıq AİBA-da təsdiq olunmuş məsələdir. Rüsumun məbləğinə gəldikdə isə bu rəqəm 2 milyon dollardır və məbləğ AİBA-nın hesabına köçürülür”, - deyə Ağacan Əbiyev bildirib.

Ağacan Əbiyev bu ittihamların Azərbaycan Boks Federasiyasından daha çox AİBA-ya qarşı yönəldiyini də əlavə edib.

Xatırladaq ki, sentyabrın 25-də Bakıda boks üzrə 2012-ci il London yay Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatının açılışı keçiriləcək. Sabah isə Bakı Beynəlxalq Boks Assosiasiyasının növbədənkənar konqresi keçiriləcək.