20 şallaq cəzası aldı

20-sallaq-cezasi-aldi
Oxunma sayı: 701

“Qafqazinfo”nun Günaz Tv-nin internet saytına istinadən verdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəal, xanım Rüqəyya Həsənzadəni azadlıqdan məhrum edib.
O, ümumi asayişi pozmaqda, qanunsuz etiraz yürüşlərinə qatılmaqda və İran hökumətinin əleyhinə çağırışlar etməkdə günahlandıraraq 91 gün həbs və 20 zərbə şallaq cəzalarına məhkum edilib.
Ancaq Rüqəyya Həsənzadə məhkəmədə ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib. Bu baxımdan məhkəmə qərarın icrasını iki il müddətinə təxirə salıb. Belə ki, azərbaycanlı fəal bu müddət ərzində siyasi fəaliyyət göstərərsə və bu səbəbdən həbs olunarsa, onun barəsində çıxarılmış qərar icra ediləcək. Hətta indiki cəzası məhkəmənin çıxaracağı digər cəzanın üzərinə əlavə olunacaq.

Qeyd edək ki, Rüqəyya Həsənzadə sentyabrın 3-də Təbriz şəhərində Urmu gölünün qurudulması siyasətinə etiraz əlaməti olaraq keçirilmiş yürüş zamanı, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən həbs olunmuş, bir həftə təkadamlıq kamerada saxlanıldıqdan sonra 10 000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.