“2011-ci ildə Azərbaycanın üç uğurlu hadisəsi olub” – Analiz

2011-ci-ilde-azerbaycanin-uc-ugurlu-hadisesi-olub-analiz-
Oxunma sayı: 674

"Birinci uğur Azərbaycanın Avroviziya mahnı müsabiqəsində birinci yeri tutmağı və Azərbaycanda keçirilməyinə nail olmasıdır.

İkinci ən böyük uğur - "Abşeron" yatağında Fransanın "Total" neft şirkətinin iştirakı ilə kəşf olunan böyük qaz yatağıdır. Bu həm də Azərbaycan xalqının uğurudur. Ədalətli və şəffaf istismar olunarsa, gəlirlər xalq arasında bərabər bölünərsə, o zaman millətin gələcəyi üçün perspektivlər yaradar. Bu yataqda 500 milyard m3-dən çox qaz ehtiyatının və böyük həcmdə kandesatın olduğu sübut olunub. Bunun həcmi arta da bilər. Bu Azərbaycanın enerji təhlükəsizliyi rolunu oynamağı üçün dünyada yerini daha da möhkəmlətdi və Azərbaycanı sərmayələrin yatırılması üçün daha da cəzbedici etdi.
Üçüncü isə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyi oldu. Bu Azərbaycanın dünyadakı qlobal proseslərdə iştirakına və təkliflər verməyinə şərait yaratdı. Bu üç məsələ 2011-ci ildə Azərbaycanın uğurudur".
Uğursuzluqlar haqqında danışan politoloq Azərbaycanın 2011-ci ildə də demokratiya və insan hüquqları sahəsində önə gedə bilməməyini qeyd edib: "Azərbaycan yenə də azad olmayan ölkələr siyahısında qalmaqda davam etdi, media azadlığının boğulduğu ölkə kimi hesabatlarda öz yerində qaldı, korrupsiyanın inkişafına görə yenə də ən geridə qalan banan ölkələr sırasında yer aldı. Hətta bir çox sahələrdə geriləmələr oldu. Bunlar Azərbaycanın uğursuzluğudur.

Digər uğursuzluq isə Dağlıq Qarabağ münaqişəsinin həllində daha da geri düşməsi oldu. Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar dalana dirəndi və Azərbaycanın əvvəllər əldə etdiyi mövqeyini itirməsinə səbəb oldu. Bu baxımdan 2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı daha bir uğursuz il oldu və bu şəkildə də yadımızda qaldı. Digər bir uğursuzluq isə Azərbaycanın dövlət büdcəsinin artdığına, büdcənin sosial xarakterli olmağına baxmayaraq əhalinin həyatında müsbət dəyişikliyin baş verməməyidir. Bu da Azərbaycan vətəndaşının kasıblamasına səbəb oldu. Vətəndaşlar artaq qiymətlərin fonunda kasıblamağa başladı, Bakı şəhəri dünyanın ən bahalı şəhərləri sırasında yer aldı. Amma əhalinin gəlirləri artmadı. Bu səbəbdən də, bir çox oxşar problemləri Azərbaycanın 2011-ci ildə ciddi sosial uğursuzluğu kimi dəyərləndirirəm".

O daha sonra qeyd edib ki, “Azərbaycanın daha bir uğursusluğu kimi vətəndaşların mülkiyyət hüquqlarının tanınmamasını qeyd etmək istərdim. On minlərlə vətəndaş mülkiyyət hüququndan məhrum edilərək, iqtidarın iradəsinə uyğun bu və ya digər şəkildə narazı salındı. Konstitutsiyamızda təsbit edilən mülkiyyət hüququnun toxunulmazlığı özünü sübut edə bilmədi. Konstitutsiyamızda təsbit edilən hüquq və azadlıqların təmin olunmamasını qanunlara hörmətsizlik və avtoritarizmin təzahürü kimi dəyərləndirirəm”.