2011-ci ilin atəşkəsində 97 nəfər itirdik

2011-ci-ilin-ateskesinde-97-nefer-itirdik
Oxunma sayı: 673

“Qafqazinf”nun mil.az-a istinadən xəbərinə görə, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi qeyd edir ki, mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Ötən müddətdə 102 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri 14 nəfər (13 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 83 nəfər təşkil edir. 9 nəfər naməlum səbəbdən, 17 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması, əldə silah partlaması və s.), 15 nəfər avtoqəzadan, 12 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 17 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 12 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 87-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.

Yaralılara gəldikdə isə 22 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 11 nəfər bədbəxt hadisələrdən, 22 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 11-i Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 86-sı isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.