2011 nə ilə yadda qaldı? – Facebook+Fotolar

2011-ne-ile-yadda-qaldi-facebookfotolar
Oxunma sayı: 669

İl ərzində ərəb ölkələrində baş verən inqilablar və Avropada baş verən iqtisadi böhran ən çox izlənən və paylaşılan xəbərlər olub. Bundan əlavə isə aşağıdakı hadisələr daha çox maraq doğurub.

İlin toyu: İngiltərə prinsi Ulilyam və Keyt Midltonun ailə qurması nəinki dünyada 100-ə yaxın ölkədə canlı translaysiya ilə verildi, həm də FB də ən çox paylaşılan xəbər oldu.

İlin faciəsi: “Əlvida LOKO” ! Təbii ki, bu ilin 7 sentyabrında Yaroslavl üzərində Rusiyanın Lokomotiv xokkey komandasının 43 üzvünün təyyarə qəzasında ölməsi.

İlin ölümü: Steve Jobsun ölümü dünyanı yasa boğdu. Yüzminlərlə internet istifadəçisi günlərlə onun şəklini profilində saxladı.

İlin doğumu: Dünyanın 7 milyardıncı sakini doğuldu.

İlin təbii fəlakəti: Yaponiyada baş verən zəlzələ dünyanı radioaktiv fəkakətlə üz-üzə qoydu.

İlin əməliyyatı: Dünyanın 1 nömrəli terrorçusu Osama Ben Laden öldürüldü.