“2012-dən heç nə gözləmirəm!” - Sorğu

2012-den-hec-ne-gozlemirem-sorgu
Oxunma sayı: 652



“Qafqazinfo”nun keçirdiyi qarşıdan gələn Yeni illə bağlı oxucuların gözləntilərinə həsr olunan sorğu davam edir. “2012-ci ildən nə gözləyirsiniz?” başlığı ilə təqdim edilən sorğuda aktual olan bir neçə variant təqdim olunub.

Bu günədək sorğuda 1224 nəfər iştirak edib. Səsverənlərin çoxu - 365 nəfəri 2012-dən heç nə gözləmədiyini deyib. 311 nəfər vəziyyətin indikindən də pis olacağı, 213 nəfəri isə azərbaycanda inqilab olacağı qənaətindədir. Səsverənlərin cox az hissəsi - 19 nəfəri bütün müxalifətin birləşəcəyinə və hicab qadağasının götürüləcəyinə ümid edib.

Qeyd edək ki, sorğuda iştirak etmək üçün oxucular saytın sağ sütununda yerləşdirilən sorğu rubrikasına müraciət edib səs verə bilərlər.
Sorğu ilin sonuna kimi davam edəcək. Sorğuda hər İP-dən gündə bir dəfə səs vermək mümkündür.


Nigar Məmmədli