2013 seçkiləri ilə bağlı səsvermə başladı - Facebookda

2013-seckileri-ile-bagli-sesverme-basladi-facebookda
Oxunma sayı: 652


2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri artıq indidən sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. “Qafqazinfo”nun məlumatına görə, Facebook-da artıq bir müddətdir ki start götürən səsvermədə üç mindən çox istifadəçi iştirak edib. Eldar Namazov, Əli Kərimli, İlham Əliyev, İqbal Ağazadə, İsa Qəmbər, Lalə Şövkət, Rafiq Əliyev, Rəsul Quliyev, Sabir Rüstəmxanlının namizəd kimi göstərildiyi sorğuda hələ ki üstünlük hazırki dövlət başçısı İlham Əliyevin tərəfindədir. O, 1084 səslə namizəd kimi təqdim edilən digərlərini qabaqlayır. İkinci pillədə 795 səslə AXCP sədri Əli Kərimli, üçüncü pillədə isə 432 səslə Müsavat başqanı İsa Qəmbər qərarlaşıb. Siyahıya daxil edilən maraqlı adlardan biri də Rafiq Əliyev və Rəsul Quliyevdir. Onlar da 33 və 97 səslə növbəti pillələrdədirlər. Heç bir namizədi dəstəkləməyənlərin sayı isə 650 nəfərdir.


Qeyd edək ki, səsvermədə ölkənin tanınmış siyasətçiləri, jurnalistləri də iştirak ediblər.