21-ci əsrin ən böyük oyununa saatlar qalıb - Fotolar

21-ci-esrin-en-boyuk-oyununa-saatlar-qalib-fotolar
Oxunma sayı: 638

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq jurnalistlərin qarşısına çıxan “İnter”in baş məşqçisi Andrea Stramaççoni bu oyunun böyük önəm daşıdığını ifadə edib: ““Neftçi” ilə oyunda xal qazanmağa çalışacağıq. “Neftçi”nin heyəti çox güclənib. Xüsusi ilə də Julius Vobay, Cavid İmamverdiyev, Flavinyo, Nikolas Kanalesi qeyd edərdim. Bu futbolçularla oynamaq işimizi çətinləşdirir”.

Baş məşqçi Bakıya əsas oyunçuları ilə gəlməməsinə də aydınlıq gətirib: “Mən “Neftçi”yə hörmətlə yanaşıram. Lakin bu futbolçular 5 vacib oyunu geridə qoyublar və yorulublar. Mənim isə bu oyunda enerji baxımından güclü komandaya ehtiyacım var”.

Daha sonra oyunla bağlı açıqlama verən Böyükağa Hacıyev isə bu günki matçı Azərbaycanda 21-ci əsrin ən böyük oyunu adlandırıb.

Hacıyev “İnter”i bütün dəqiqliyi ilə öyrəndiyini və son 5 oyununu diqqətlə nəzərdən keçirdiyini bildirib: “Diqqətimi çəkən məsələ isə klubun stabil heyətlə oynamamasıdır. Ola bilər ki, rəqib məşqçi eksperiment aparır. Biz italyanları öz silahı ilə vuracağıq”.
Baş məşqçi “İnter”in qarşılaşmaya əsas heyətlə çıxmamasını hörmətsizlik kimi qəbul etmədiyini də vurğulayıb: “ Bu hörmətsizlik deyil. Sadəcə derbi matçına hazırlıqdır”.

Hacıyev ehtiyyat futbolçular ilə oynamağın çətinliyindən bəhs edib: “Kaş ki, bizimlə Milito, Zanetti, Kassano oynayardı. Çünki artıq onlar qürub çağını yaşayır. İndiki heyət isə dağın zirvəsinə qalxmaq istəyənlərdi. Buna görə də onlarla oynamaq daha çətindi”.

Qeyd edək ki, möhtəşəm qarşılaşma bu gün saat 21:00-da baş tutacaq.

Sevinc