“21-ci əsrin mükəmməl universiteti olmaq istəyirik”- Rektor

21-ci-esrin-mukemmel-universiteti-olmaq-isteyirik-rektor
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə,rektor bildirib ki, 2012 – 2013 tədris illərində 15-ci il dönümünü qeyd edən Kipr Beynəlxalq Universiteti maddi və texniki infrastrukturu ilə qlobal universitet anlayışını yaradan universitet olmuşdur. Ali təhsil ocağının 3 əsas özəlliyi-tədris, araşdırma və mədəniyyət sintezini həyata keçirməsidir. Universitetin təhsil fəlsəfəsi- bilgi çağının qlobal səviyyəsi və ondan istifadə etmə bacarıqlarına sahib olmaq, ətraf, ölkə və dünya problemlərinə həssas yanaşan hər növ biliyə malik, araşdırmacı, dinamik təcrübəli mütəxəssislər hazırlamaq; ixtisasında və iş dünyasında rəqabətdən qorxmamaq; beynəlxalq qurumlarla yaxından maraqlanarkən mədəni, tarixi dəyərlərinə sahib çıxan kadrlar yetişdirməkdədir.

Eyni zamanda o, qeyd etdi ki, akademik və elmi inkişaf işlərini hər zaman ön planda tutan, bu istiqamətdəki cəhdlərini cəmiyyətin ehtiyac və gözləntilərinə görə formalaşdıran universitetimiz 2011-ci ildə fakültələrinin sırasına daha ikisini də əlavə etmişdir. Bunlardan biri sahəsindəki inkişaflara açıq, universal sağlamlıq siyasətlərini izləyən, farmokoloji sahədə məsləhətçi olaraq cəmiyyətin hər seqmentinə xidmət verə biləcək əczaçılar yetişdirməyi qarşısına məqsəd qoyan “əczaçılıq” fakültəsi, digəri isə kənd təsərrüfatı inkişafına yönələn, müasir kənd təsərrüfatı mütəxəssisləri yetişdirməyi planlaşdıran “əkinçilik elmləri və texnologiyaları” fakültəsidir.

Rektor sözlərində onu da bildirib ki, hal hazırda universitetimizində 9 fakültə, 5 ali və 3 institutda cəmi 71 bölüm, 4 önlisans, 37 lisans, 21 Yükseklisans, 11 doktorantura proqramları sahəsində bilikli təhsil işçiləri fəaliyyət göstərir. Araşdırma və inkişaf çalışmaları sahəsində müasirliyi olan universitetimizdə yüksək texnologiyaya əsaslanan cihazlarla təchiz edilmiş laboratoriyalar, məlumat əməliyyat mərkəzi, zəngin bir kitabxana və tam təchizatlı bir idman kompleksi olan “CIU ARENA” var.

21-ci əsrin mükəmməl universiteti olma yolunda addımlayan dinamik və eyni zamanda hər addımını sağlamfikirli atan universitetimiz təhsil işçiləri, inzibati personalı ilə birlikdə elmi baxımdan yeni işlərə imza atmağa davam etməkdədir.

Rektor onu da vurğulamışdır ki, universitetin əsas məqsədi tələbələrə ən müasir və ən keyfiyyətli təhsili təqdim etməkdir. Universitetimizə gələn hər tələbə ən yaxşı təhsili almış, xoşbəxt bir fərd olaraq məzun olacaq.

Bir çox uğurlara birgə imza atmaq və bakalavr olma imtiyazını Beynəlxalq Kipr Universitetində yaşamaq istəyənləri Beynlxalq Kipr Universitetinə dəvət edirəm..